keçi qiymətinə (çox ucuz)
Keçi öldü, qoturu qurtardı.
OBASTAN VİKİ
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Keçi doqquzdonu
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır. == Botaniki təsviri == Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Keçi söyüdü
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Keçi əti
Keçi əti (ing. Goat meat) — Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən gündəlik sənayedə insanlar tərəfindən istifadə edilməkdədir. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır. Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Saqqallı keçi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Keçi məməsi (Rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
İran keçi alaçı
Elmi adı — lat. Reaumuria persica (Boiss.) Boiss. Yulğunkimilər (Tamaricaceae) fəsiləsinə aid bitki növüdür. IUNC Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına adiddir- NT. Azərbaycanın nadir növüdür. Hündürlüyü 15–30 sm-ə qədər olan yarım koldur. Gövdəsi oduncaqlı əsasından çıxır. Gövdə düzdür, sıx yarpaqlı və budaqlanan deyil, Yarpaqlarının uzunluğu 1 sm, eni təxminən 1 mm, ətli, silindrik, oturaqdir. Yarpaqların qoltuqlarında qısa budaqları oturaq yarpaqların dəstələri ilə yerləşir. Çiçək altlıqları çox cərgəli, kirəmitvari, yuxarı hissəsi xətvarı, bizvarı, ucu iti, aşağı hissəsi enli, kasacığa möhkəm bitişmişdir. Kasacığı ətli, dərin qanadlı, uzunluğu 6–8 mm-dir.
Sudan keçi ilə evlilik insidenti
Sudan keçi ilə evlilik insidenti — 2006-cı ildə Sudanda Çarlz Tombe adlı şəxsin sekslə məşğul olduğu keçi ilə evlənməyə məcbur edildiyi hadisə. Hadisə bir sıra kütləvi informasiya vasitələrinin diqqətini çəkmişdir. 2006-cı ildə cənubi sudanlı Çarlz Tombe adlı bir kişi Cuba şəhərinin Hay Malakal bölgəsində bir keçi ilə seks fəaliyyəti ilə məşğul olarkən yaxalanmışdır. Keçinin sahibi təqsirkarı tutmuş və məsələyə baxılması üçün kənd böyüklərinə müraciət etmişdir. Ağsaqqalların birinin qeydinə görə keçinin sahibi təqsirkarı keçi tövləsinin qapısına bağlamışdır. Ağsaqqallar keçi sahibinə polisə müraciət etməməyi məsləhət görmüş, təqsirkar keçidən arvadı kimi istifadə etdiyi üçün ona başlıq pulu ödəməli olduğunu bildirmişdirlər. Təqsirkar keçi ilə "evlənməyə", eləcə də, keçinin pulunu və 15.000 Sudan dolları məbləğində başlıq pulunu ödəməyə məcbur edilmişdir. Ağsaqqallar müzakirələr zamanı keçiyə zarafatla "Rouz" adını vermişdirlər. Keçi 3 may 2007-ci ildə plastik torbada boğularaq ölmüşdür. Öləndə 4 aylıq erkək balası var idi.

Digər lüğətlərdə